COVİD-ə yoluxanların 94%-də “Delta” ştammı aşkarlanıb

“Delta ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm Delta ştammıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hər bir xəstənin Delta yaxud Alfa ştammı olmasının təyin olunmasının tibbi heç bir əhəmiyyəti yoxdur: “Bizə əsas əhəmiyyətli olan xəstənin vəziyyətidir”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Azərbaycanda hazırda 94% yayılan Delta ştammıdır.

“Bununla bağlı tədqiqat aparılmışdı. Ona görə də maskadan istifadə çox mühümdür”.