Yunis Səfərova ömürlük cəza verildi

Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun polis mühafizəçisinə qarşı sui-qəsd cinayətində ittiham edilərək həbs olunan Yunis Səfərov barəsində məhkəmə bugün hökm çıxarıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Yunis Səfərova ömürlük cəza təyin edilib.

Qeyd edək ki, bir neçə gün öncə məhkəmədə son ifadəsi yayılan Yunis Səfərov əməlindən peşman olmadığını bildirib:

“Mənə onsuzda xalq bəraət verib. Mən əməlimdən peşman deyiləm. Hansı cəzanı verirsinizsə verin”.