
Rusiya-Ukrayna müharibəsi və sonrakı İsrail-Fələstin müharibəsindən sonra dünya yeni gərginliyin şahidi olur.
Gununsesi.info xəbər verir ki, Böyük Britaniyada çıxan “The Telegraph” qəzeti çox sensasion bir iddia irəli sürüb.
Qəzetdə yer alan xəbərə görə, ABŞ son 15 ildə ilk dəfə İngiltərədə nüvə silahı yerləşdirməyi gündəminə gətirib.
“The Telegraph”ın əldə etdiyi Pentaqonun hesabatlarına əsaslanan xəbərdə, “ABŞ hava bazasında Xirosimaya atılan bombanın tutumundan üç dəfə çox nüvə başlığı yerləşdirməyi planlaşdırır” deyilir. Xəbərdə ABŞ-ın Rusiyadan gələn təhlükənin artması səbəbindən bu qərarı aldığı bildirilir.
Əldə edilən məlumata görə, nüvə silahı ABŞ-ın İngiltərədə istifadə etdiyi son iki hərbi hava limanından biri olan Suffolkda yerləşdiriləcək. Bu bazada illərdir saxlanılan nüvə silahları 2008-ci ildə Moskvanın soyuq müharibə təhlükəsi azaldıqdan sonra geri çəkildi. İddialar reallaşarsa, ABŞ son 15 ildə ilk dəfə İngiltərəyə nüvə silahı göndərəcək.
ABŞ-ın nüvə silahı yerləşdirmək qərarı Rusiya və Çin tərəfindən tənqid olundu və İngiltərədə də mübahisələrə səbəb olub. Çoxları deyir ki, nüvə silahı ölkəni nüvə hücumunun hədəfinə çevirəcək. Başqa bir fikir, qərarın NATO-nun qarşısını almaq üçün düzgün olduğunu iddia edir.
Gununsesi.info