11 yaşlı uşağı zorlayan ruhi xəstədir- DEPUTAT

İmişlidə 11 yaşlı uşağın zorlanaraq, hamilə qalması barədə tükürpədici olay ölkənin əsas müzükirə mövzusuna çevrilib.
Dəhşətli hadisə ilə bağlı Milli Məclisin üzvü Jalə Əhmədova açıqlamasında bu haqda danışıb.

“Ailə qurmaq lazımdır. Bir ögey ata bu cür davranıbsa, bu, o demək deyil ki, bütün ögey atalar uşaqlara bu cür münasibət bəsləyirlər.Yetəri qədər dürüst, öz övladı qədər ögey övladını çox istəyən atalar var. Valideynlər, xüsusən də qız uşağı anası olanlar bu məsələlərə daha həssas, diqqətli yanaşmalıdırlar. Özləri övladlarına nəzarət etməlidirlər. Ümumiyyətlə, valideynlər öz övladları ilə kommunikasiyada olmalı, onlarla söhbət etməlidirlər. Ana elə şərait yaratmalıdır ki, uşaq sözünü deməyə qorxmasın”.

Jalə Əhmədova bildirib ki, övlad valideyndən çəkinməməlidir:

“Uşaq vaxtında bu haqda nəsə deyə bilsəydi, ananın da bundan xəbəri olardı. Düşünürəm ki, bu zorakılıq bir dəfə ilə bitməyib. Uşağa bu cür hərəkət edən insan ruhi vəziyyəti sağlam olmayan biridir. Hesab edirəm ki, belə insanlara çox ağır cəza vermək lazımdır. 11 yaşlı uşaq həyatı dərk etmir. Məndən soruşulsaydı, millət vəkili olaraq ona ən ağır cəzanın verilməsini istəyərdim. Bu, çox haqlı olardı. O baladır, onun anası sənə güvənib ki, ailəsınə gətirib, uşağını sənə əmanət edib. Burada həm ananın ümidi puça çıxır, həm də uşağın”.

Gununsesi.info