“Cəmi iki gün əvvəl Bakıda baş verən iqlim hadisəsinə sürətli reaksiya verərək hazırlıqlı olduqlarını göstərdilər. Bu, şəhərdə hamının danışdığı mövzudur və bunu qeyd etməmək mümkün deyildi”.

Bu fikirləri bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

İcraçı direktor vurğulayıb ki, bu, iqlim və mənzil mövzusunda apardığımız müzakirələrdə kifayət qədər ön plana çıxarmadığımız mühüm məsələdir.

“Hazırda dünyada 1 milyarddan artıq insan suya, bəzən isə elektrik enerjisinə çıxışı olmadan son dərəcə ağır və riskli şəraitdə yaşayır. Onlar hər gün evdən çıxarkən və ya gecə yatarkən təhlükə hissi ilə yaşayır. Təhlükəsiz yaşayış mühiti olmadığı üçün bir çox uşaq məktəbə davam edə bilmir və ya yaşadıqları şərait onların sağlamlığına mənfi təsir göstərir. Ümid edirəm ki, bu məsələ qarşıdakı 10 il üçün müəyyən ediləcək gündəlikdə layiqli yerini alacaq”, – deyə Anaklaudia Rossbax qeyd edib.