Sabir Rüstəmxanlı!
Böyük Vətəndaş…
Böyük Şair…
Böyük Publisist…
Sizi təbrik edirəm! Hər birimizi təbrik edirəm! Prezident İlham Əliyevin Sizi təltif etdiyi orden əslində Ömür Yolunuzun adıdır, mahiyyətidir, məzmunudur: Şərəf! Məşhur misralarınızı xatırlayıram:
“Mən elin əlindən qılıncı ilkin, çələngi sonuncu alanlardanam!”
Çələng vaxtınız, çələng zamanınızdır! 1989-1991-ci illərdə Qarabağı Sizinlə helikopterdə də, avtomobildə də, piyada da gəzib dolanmışıq. Erməni-rus işğalının torpaqlarımıza vurduğu qanlı yaraları sarımağa apardığımız dava-dərmanı, tənzifi, yodu, başqa sarğı məlhəmlərini Sizinlə birlikdə daşımışıq. Sovet Azərbaycanının qəzetləri “Bütün ölkələrin proletarları, birləşin!”şüarı ilə çıxanda Sizin YARATDIĞINIZ(!) və Baş redaktoru olduğunuz “Azərbaycan” qəzeti “ Azərbaycanın birliyi və suverenliyi!” deyə çağırış edirdi! Bu günə çağırırdı! Suverenliyə, Birliyə çağırırdı! “Ömür kitabı”ndan “Qələbə tvitlərinə”-ə qədər yaşamaq, yaşatmaq Allahın iradəsi idi. Allah yəqin bilirdi Sizin Ömür kitabı”-nız 20 faiz əskik çıxa bilməz. Bu ədalətli olmaz! Daha “Allah səbr versin!” yox, Allah Sabir versin!”
Azərbaycan! Uzun, zəngin, böyük tarixinin daha 80 ili mübarək!
-Yeni Sabirlərə! Şərəfə!

Mirşahin Ağayev












