Gender ayrı-seçkiliyinin pozulmasına görə bir sıra televiziya kanallarına qadağalar tətbiq olunub.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.
Ailə institutunu nüfuzdan salan informasiyanın yayılmasına görə isə müxtəlif vaxtlarda “MTV” kanalına rəsmi xəbərdarlıq verilib, həmçinin inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib. Yerüstü televiziya və peyk yayımı həyata keçirən yayımçıların proqram rəhbərləri və səlahiyyətli şəxslərinin iştirakı ilə keçirilmiş görüşdə gender bərabərliyi və cinsi ayrı-seçkiliyin qarşısının alınmasında maa rifləndirmənin rolu müzakirə olunub.












