Niderland səfiri : “Azərbaycan–Ermənistan sülhü region üçün yeni iqtisadi səhifə aça bilər”

Niderlandın Azərbaycandakı səfiri Marianne de Jong tərəfindən keçirilən mətbuat konfransında Azərbaycan–Niderland münasibətlərinin cari vəziyyəti, regional sülh prosesi və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, səfir Niderlandın Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh ilə bağlı irəliləyişləri yüksək qiymətləndirdiyini bir daha vurğulayıb və qeyd edib ki, davamlı sülh regionda ticarət, nəqliyyat və inkişaf üçün yeni imkanlar yaradacaq.

O, həmçinin iki ölkə arasında artan ticarət dövriyyəsini qeyd edərək su idarəetməsi, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq potensialına diqqət çəkib.

Səfir Azərbaycanın beynəlxalq sabitliyə verdiyi töhfələri yüksək qiymətləndirib və regionda davamlı dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb.

Gununsesi.info