Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - VİDEO

Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Gununsesi.info