Bakıdakı tıxacların azaldımasının bir yolu kimi də inzibati binaların köçürülməsi təklif olunur.
Çünki bütün nazirliklər, qurumlar buradadır və bunlar da tıxaca təkan verir.
Paytaxtın köçürülməsi çox çətin, o cümlədən bir qədər hələlik qeyri-real görünsə də, ancaq inzibati binaların köçürülməsi nisbətən asan olar.
Bəs görəsən, bu, həqiqətən də asan və realdırmı?
Bu barədəGununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, əlbəttə, paytaxtın köçürülməsi ilə bağlı birmənalı mövqe ola bilməz.
“Sadəcə, real vəziyyətin dəyərləndirilib müzakirə olunması vacibdir. Bütün hallarda biz bu məsələdə həssas davranmalıyıq. Məsələ təkcə inzibati binaların köçürülməsi deyil, söhbət mahiyyətcə paytaxın yeni modeldə qurulması və Bakının tıxacdan xilasıdır. Əsas olaraq bu istiqamətdə fikirlərimizi gündəmə gətirməliyik ki, müzakirəyə çıxarılsın, faydalı qərar qəbul etmək mümkün olsun”,- deyə o, həmçinin qeyd edib.
Qeyd edək ki, bir neçə gündür Qəbələ yenidən diqqət mərkəzinə düşüb. Şəhərin siyasi və inzibati əhəmiyyətinin artırılması ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə son bir həftə ərzində Prezident İlham Əliyevin xarici qonaqları məhz burada qəbul etməsi müzakirələri daha da artırıb. Paytaxtın köçürülməsi konteksində sözügedən məsələnin gündəmə gəlməsi Bakının tıxacdan və başqa yüklərdən azad edilməsi planının olub-olmadığını da aktuallaşdırıb.
Orxan











