
Norveçin Oslo meriyasında Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, mükafatın laureatı iranlı hüquq müdafiəçisi Nərgis Məhəmmədi olub. O, fəal “qadınların zülmünə qarşı mübarizəyə” və “hamı üçün insan hüquq və azadlıqlarının təşviqinə görə” mükafata layiq görülüb.
Nargis Mohammedi hazırda İran həbsxanasındadır və övladları mükafatı onun üçün alıblar.
Oktyabrın 6-da Norveç Nobel Komitəsi elan edib ki, mükafat Məhəmmədiyə İranda “məzlum qadınların müdafiəsində göstərdiyi mübarizəyə görə” verilib.
İranda fəallığı ilə seçilən Nərgiz insan haqları sahəsində fəaliyyəti ilə tanınır. İran məhkəməsi tərəfindən “milli təhlükəsizliyə qarşı hərəkətlər və rejim əleyhinə təbliğat” da daxil olmaqla cinayətlərə görə məhkum edilən Məhəmmədi 2019-cu ildə benzinin qiymətlərinin artması səbəbindən ölkə daxilində baş verən etirazlar zamanı öldürülən etirazçının anım mərasiminə qatıldıqdan sonra 2021-ci ilin noyabrında həbs edilib.
O vaxtdan bu günə kimi qaldığı Evin həbsxanasında məhbus olan fəal 2022-ci ilin sentyabrında Mahsa Əmini adlı gənc qızın polis nəzarətində ölməsindən sonra başlayan etirazlara dəstək bəyanatları verib.
Digər tərəfdən, İran hakimiyyəti son illərdə zaman-zaman alovlanan hökumət əleyhinə etirazları “düşmənlərin hiyləsi” kimi qiymətləndirir.
Gununsesi.info