
“Demişdik ki, Azərbaycan Laçın dəhlizi ilə bağlı addım atacaq, məsələn onun girişində NBM quraşdıracaq. Olacaq. Laçın koridoru üzərində nəzarətimiz də bərpa olunacaq”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hökümətin bu məsələdəki addımları kifayət qədər açıq və yavaş olsa da, qərarlıdır:
“Paşinyan bu nəticəni öngörmüş ola bilər, bəlkə elə bunu da istəyir. Çünki, özü də hazırda pat vəziyyətdədir və xarici bir faktorun məsələni yerindən tərpətməsini istəyir. Laçın korridoru üzərində nəzarətimiz bərpa olunduqdan sonra Ermənistan cəmiyyəti Qarabağdan bir dəfəlik ümidini üzəcək.
Bununla Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəkdir“.