Gəncədə ağır qəza, 5 gənc xəsarət aldı

  • By admin
  • 14 Yanvar 2023 22:01

Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Bunlar 1996-ci il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahovdur.