Qubad İbadoğlu ADR Partiyasının gələcək taleyindən yazdı - MƏNİM ÜÇÜN...

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu ilə əlaqədar Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası fəaliyyətinə xitam verib.

Partiya lideri Qubad İbadoğlu bununla bağlı açıqlamasına müxtəlif yorumlar olduğunu əsas gətirərək, yeni açıqlama yayıb.
GUNUNSESİ.İNFO həmin açıqlamanı təqdim edirik

HTML tutorial

Bəzi suallara aydınlıq gətirmək üçün aşağıdakıları bildirməyi zəruri hesab edirəm. Əvvala, bir sıra mətbu orqanlarda bilərəkdən və ya bilməyərəkdən “Qubad İbadoğlu ADR Partiyasını buraxıb” başlıqları ilə dərc edilən yazılara rəğmən qeyd edim ki, ADR Partiyasının Nizanmaməsinin 10.1 maddəsinə görə, ADR partiyasının fəaliyyətinə onun qurultayında, iştirakçıların 2/3 hissəsinin razılığı ilə xitam verilə bilər. İkincisi, Partiyanın sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasını, Ali Məclisi və İdarə Heyətini Qurultay seçdiyinə görə bu barədə son qərar da orda veriləcək. Üçüncüsü, sədrin müavinlərini və icra aparatını Partiyanın sədri təyinatla formalaşdırdığına görə, onların fəaliyytinə xitam veriılməsi “Siyasi partiyalar haqqında” yeni qanunun 4.7 maddəsinin “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol vermir” tələbindən irəli gələn məcburi qərardır.

Nəhayət, onu da bildirmək istərdim ki, bütün bunlar ADR-çilərin iddiasından geri çəkilməsi kimi qiymətləndirilməli deyil, əksinə demokratik dəyərlərə və sosial ədələtə əsaslanan idarəçilyin bərqərar olduğu hüquqi dövlət və rifah cəmiyyəti uğrunda mübarizədə bizlər həmişəki kimi bundan sonra da varıq. Odur ki, ilk növbədə Azərbaycan Respublikası prezidentinin 11 yanvar 2023-cü ildə imzaladığı “Siyasi partiyalar haqqında” yeni Qanun vətəndaşların hüquq və bərabərliyinin pozulmasına, siyasi fəaliyyət imkanlarının məhdudlaşdırılmasına gətirib çıxardığını, Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olduğunu nəzərə alaraq, bu Qanunun icrasının dayandırılması, ADR-in Partiyasının qeydiyyata alınması və üzvlərin siyasi hüquqlarının bərpası üçün sonadək çalışacağıq. Eyni zamanda onu da bilidrmək istərdim ki, ADR üçün dövlət mənafeyi partiya maraqlarından üstündür, qanunların aliliyinin təmin olunması üçün çalışdığımız cəmiyyətdə hətta mürtəce olsa da mövcud olanlara riayət etməklə mübarizəni sivil yolla davam etdiəcəyik. Mənim və əqidə yoldaşlarım üçün hüquqi dövlətin qurulması, idarəetmənin demokratikləşdiriməsi, insanların azad və firavan həyatının təminatı ən ümdə məsələdir, bu hədəflərə nail olmaq naminə mübarizəmi Azərbaycan qanunlarına müvafiq qaydada bu iddiaları reallaşdıranadək davam etdirəcəyik.

Gununsesi.info