Əhməd Əhmədzadəyə yüksək vəzifə verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq sədr Ə.Əhmədzadə baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib.

Gununsesi.info