İşğaldan azad edilən ərazilərdə xammal ehtiyatlarının qiymətləndirilməsi aparılır

“İşğaldan azad edilən ərazilərimizdə çox ciddi mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlərə başlamışıq”.

Gununsesi.info-nun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi böyük ehtiyatlara malikdir:

“1993-cü illə kimi bu regionda 167 yataq kəşf edilərək, ehtiyatları hesablanıb və dövlət balansına daxil edilib. 126 qeyri-filiz tikinti və inşaat materialları yatağı, 15 filiz yatağı və 26 yeraltı şirin içməli və termal mineral su yataqları mövcud olub. Bu yataqlarda böyük ehtiyatlar hesablanıb”.

O qeyd edib ki, artıq yaxın zamanlarda bu yataqlar istismara cəlb ediləcək.

Gununsesi.info