
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levitse şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.
Gununsesi.info xəbər verir ki, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edən komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq.
Levitse şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Əhmədi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək.
Yüngül zədəsi olan Əmir Şocai baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinya və Hadi Əhmədi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq.
S/S
|
AD VƏ SOYAD
|
KLUB
|
1
|
Rövşən Hüseynli
|
Araz-Naxçıvan
|
2
|
Emin Kürdov
|
EKOL
|
3
|
Cavad Məmmədov
|
Neftçi İK
|
4
|
Xətai Bağırov
|
Araz-Naxçıvan
|
5
|
Rizvan Fərzəliyev
|
Araz-Naxçıvan
|
6
|
Fineo De Araujo
|
Araz-Naxçıvan
|
7
|
İsa Atayev
|
Araz-Naxçıvan
|
8
|
Əmir Şocai
|
Araz-Naxçıvan
|
9
|
Ramiz Çovdarov
|
Araz-Naxçıvan
|
10
|
Tofiq Mikayılov
|
EKOL
|
11
|
Eduardo Borqes
|
ACCSS FUTSAL (Fransa)
|
12
|
Everton Kardozo
|
Levante (İspaniya)
|
Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Gununsesi.info