
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan martın 26- da bildirlib.
Məlumatda deyilir ki, indiyədək ölkədə ümumilikdə 254 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 235 606 nəfər sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.
İndiyədək ölkədə 2 826 454, son sutkada isə 9 670 test aparılıb.