
Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrulla Salehin qardaşı Ruhullah Saleh “Taliban” tərəfindən öldürülüb.
Verilən ilkin məlumata əsasən, Ruhullah Saleh mülki geyimdə Pəncşirdən çıxmaq istəyərkən blok-postlardan birində saxlanılıb.
“Taliban” döyüşçülərindən biri onun tanıyıb və Əfqanıstanın keçmiş vitse-prezidentinin qardaşı yerindəcə güllələnib.
Qeyd edək ki, Əmrulla Salehin Pənçirin “Taliban” tərəfindən nəzarətə götürülməsindən sonra Tacikistana qaçdığı deyilir.
Mənbə: “Sputnik” Əfqanıstan
Gununsesi.info