Gürcüstanın baş naziri Giorgi Qaxariya Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci hissəsinin açılış mərasimində iştirak edəcək.
Gununsesi.org xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
G.Qaxarianı mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.
Qeyd edək ki, açılış mərasimi noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində keçiriləcək.
Gununsesi.org
COMMENTS