“Zirə” “Turan Tovuz”a qalib gəldi

  • By ilhame
  • 06 Oktyabr 2023 22:42

Azərbaycan Premyer Liqasında IX tur start götürüb.

Gununsesi.info xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

Birinci dövrənin son turuna ilk olaraq lider “Zirə” çıxıb. Bakı klubu doğma arenasında “Turan Tovuz”u qəbul edib. Qarşılaşma Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 7-8-də keçiriləcək. “Qəbələ” “Səbail”i, “Sabah” “Araz-Naxçıvan”ı, “Sumqayıt” “Kəpəz”i, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.

Premyer Liqa
IX tur
6 oktyabr

“Zirə” – “Turan Tovuz” – 2:1
Qollar: Salifu Suma, 34; Qismət Alıyev, 77 –  Denis Marandiçi, 74
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev

Gununsesi.info