Zeynəb Xanlarovanın ölüm xəbəri yalan çıxdı- TANINMIŞ HÜQUQŞÜNASDAN AÇIQLAMA

Zeynəb Xanlarovanın ölüm xəbəri yalan çıxdı

Tanınmış hüquqşünas Aslan İsmayılov xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbərinin yayılmasından danışıb. 

Gununsesi.org xəbər verir ki, Aslan İsmayılov Demokrat.az-a açıqlamasında Zeynab Xanlarova ilə uzun illərdən bəri dost olduğunu bildirib.

O deyib ki, yayılan xəbərlər yalan və şayədir:

“Bu qədər şərəfsizlik olmaz. Burada insan taleyindən söhbət gedir. Zeynəb xanım sağ-salamatdır, amma bəzi adamlar şayə yayırlar ki, guya ölüb. Axı bu qədər əclaflıq, şərəfsizlik olmaz! İndi Zeynəb xanımın ailəsi və övladları bu xəbərləri oxuyub hansı hisslər keçirir, onlar bunu başa düşürlərmi?”.

Aslan İsmayılov bir neçə il əvvəl özünün də oxşar stiuasiya ilə üzləşdiyini söyləyib:

“Bir neçə il əvvəl Prezidentin sabiq köməkçisi Əli Həsənovun nəzarətində olan KİV-lərdə mənim haqqımda da oxşar ölüm xəbərləri yayılmışdı. Həmin vaxtı yazırdılar ki, guya mən Türkiyədə vəfat etmişəm və sairə. Şübhə etmirəm ki, bu gün Zeynəb xanımla bağlı yayılan yalan xəbərləri də həmin xislətli şəxslər ortaya atıblar”.

 

Xatırladaq ki, bu yaxınlarda AMEA prezidenti, akademik Ramiz Mehdiyevin də ölüm xəbəri yayılmışdı.

 

Gununsesi.org

COMMENTS