Gəncədəki “Bazarstore”da lift şaxtasına düşən qız vəfat etdi

Gəncədəki “Bazarstore”da lift şaxtasına düşən qız vəfat etdi

Mayın 10-da Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında lift şaxtasına düşən qız ölüb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub. Mayın 18-i günorta saatlarında A.Əliyeva xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.org

COMMENTS