“Ordumuzun təlimləri Ermənistanda ciddi həyəcan yaradır”- QÜDRƏT HƏSƏNQULİYEV

“Ordumuzun təlimləri Ermənistanda ciddi həyəcan yaradır”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərindən danışıb.

Gununsesi.org-un xəbərinə görə, deputat deyib ki, bu təlimlər Ermənistanda ciddi həyəcan yaradır.

Qeyd edək ki, qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-də Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.

Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.

 

 

Gununsesi.org

COMMENTS