
Fevralın 26-da Ukrayna hərbçiləri Rusiyanın iki texnikasını vurublar.
Gununsesi.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
“C-300 zenit-raket kompleksi ilə Rusiyanın helikopteri və Su-25 qırıcı təyyarəsi məhv edilib”.
Kiyev vilayətində isə gecə Rusiyanın İl-76 təyyarəsi vurulub. “Hazırda Vasilkov şəhəri uğrunda ağır döyüşlər gedir. Rusiya havadan desant endirməyə cəhd edir”-deyə Ukrayna HHQ-nin komandanlığı açıqlama verib.
Gununsesi.info