Zelenski Putinlə görüşünün şərtini AÇIQLADI

“Moskva ilə danışıqlar yalnız rus qoşunları tutduqları Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür”.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekununda bildirib.

“Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, -deyə o bildirib.

Zeleniski daha sonra əlavə edib:
“Mən Prezident Ərdoğana dedim ki, Rusiyaya etibar etmək olmaz…Rusiyanın “hansısa sülhə” hazır olduğunu eşidəndə çox təəccübləndim. Öldürən, zorlayan, dinc əhalini raketlərlə vuran insanlar sülh istəyə bilməzlər. Onlar əvvəlcə işğal etdikləri torpaqları azad etməlidirlər, sonra isə…Sonrası isə sonra olacaq”.

Gununsesi.info