“Azəriqaz” rəhbərliyi partlayış ərazisində

  • By admin
  • 03 Avqust 2022 23:29

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu dəqiqələrdə Xırdalanda partlayış baş verən yaşayış binasının ərazisinə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, media nümayəndələrinə açıqlamasında Ruslan Əliyev bildirib ki, partlayış baş verən mənzildə yaşayış olmasa da orada  çalışan ustalar olub.

O, bildirib ki, araşdırmalardan sonra hadisənin səbəbi üzə çıxacaq.