Zelenski ölkədə dövlət çevrilişinin planlaşdırıldığını açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə dövlət çevrilişi olacağı barədə məlumat əldə etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, V.Zelenski bunu Kiyevdə mətbuat konfransı zamanı deyib.

“Dövlətimiz üçün ciddi çağırışlar var, bunu hətta digər ölkələrin kəşfiyyatları da qeydə alır. Mən, məsələn, məlumat almışam ki, dekabrın 1-də dövlət çevriliş olacaq. Mənə elə gəlir ki, bu, vacib məlumatdır. Dekabrın 1-2-i gözlənilir”, – deyə Ukrayna Prezidenti bildirib.

Gununsesi.info