
Gürcüstanın Kommuniyasiya üzrə komissiyası müxalifyönümlü “Mtavari arxi” telekanalını Rusiya Prezidenti Vladimir Putinlə bağlı video-çarxa görə 36 min dollar məbləğində cərimə edib.
Gununsesi.info xəbər verir ki, yayımlanan video-çarxda Kreml rəhbərinin portreti hakim “Gürcü arzusu” partiyasının üzvlərinin fotoları əsasında yaradılıb.
Bundan əlavə, kanal həmçinin Gürcüstan hakim partiya üzvlərini Mixail Saakaşvilinin “qatilləri” adlandırdığına görə də cərimələnib.
Gununsesi.info