
Rusiya Hindistana S-400 zenit-raket komplekslərinin ilk partiyasını təhvil verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Dubayda keçirilən aerokosmik sərgidə məlumat yayıb.
Hindistana raket kompleksinin çatdırılmasını ehtiva edən müqavilə 2018-ci ildə imzalanıb.
Çinlə sərhəd münaqişələri olan Hindistanın Rusiya ilə bağladığı müqavilənin ümumi dəyəri 5.5 milyard dollardır.
Gununsesi.info