Polis əməliyyat keçirdi: 28 nəfər saxlanıldı, 47 kq narkotik götürüldü - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 28 nəfər saxlanılıb, onlardan 47 kiloqram narkotik vasitə aşkar edilib.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.