
Haqq Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov mərhum dövlət başçısı Heydər Əliyev Fəxri xiyabandakı məzarını ziyarət edib.
Gununsesi.info-nun məlumatına görə, xəbəri partiya sədrinin özü sosial şəbəkədə ictimailəşdirib.
“Bu gün Fəxri xiyabana gəldim. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə məzarını ziyarət etdim, ruhuna dualar oxudum, məzarı önünə tər qızıl güllər düzdüm. Ruhu şad, məkanı cənnət olsun”, – deyə Ə.İnsanov qeyd edib.
Gununsesi.info