Zaur Həşimov: “Qəbələ” qələbəni haqq etdi”

Zaur Həşimov: “Qəbələ” qələbəni haqq etdi”

“Bu komandanı yaxşı tanıyıram. Matçdan əvvəl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. Rəqib qələbəni haqq etdi”.

Gununsesi.org xəbər verir ki, bunları “Zirə”nin baş məşqçisi Zaur Həşimov səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis “qırmızı-qaralar”ın heyətində İbrahim Niasseni fərqləndirib. Onun fikrincə, Niasse “Qəbələ”nin orta sahəsini gücləndirməyi bacarıb.

 

 

Gununsesi.org

COMMENTS