Meksikanın Koauila ştatında polis əməkdaşları ilə narkokartelin silahlıları arasında atışma olub.
Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə “El Universal” qəzeti regionun qubernatoru Migel Solisə istinadən məlumat yayıb.
Məlumata görə, Vilya-Union bələdiyyəsində baş verən atışma zamanı azı 14 nəfər həlak olub. Qubernatorun sözlərinə görə, öldürülənlərdən 10-nun narkokartelin silahlıları olduğu güman edilir. Atışma zamanı həmçinin 4 asayış keşikçisi də həlak olub, həmçinin 6 polis əməkdaşı da yaralanıb.
Qeyd edilir ki, cinayətkarlar iri kalibrli silahlardan, o cümlədən avtomatlardan istifadə ediblər. Polisə hücumda iştirak edən cinayətlarkarın dəqiq sayı məlum deyil.
Gununsesi.org
COMMENTS