UFC çempionu Həbib Nurməhəmmədovun məşqçi atası Abdulmanap Nurməhəmmədov ikinci dəfə evlənməyə hazırlaşır.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk həyat yoldaşı ilə də rəsmi nikahı olan Nurməhəmmədov üçüncü dəfə evlənmək barədə də fikirləşə biləcəyini deyib. O, fikirlərini belə əsaslandırıb:
“Mənim bir arvadım var, ikincini də nəzərimdə tutmuşam. Üçüncünü hələ bilmirəm. Allah kişilərə buyurub ki, 4 arvadlılıq mümkündür. Qadınlara hər zaman hörmətlə yanaşmaq lazımdır”.
Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən yalnız bir nəfərlə rəsmi nikah bağlamaq olar.
COMMENTS