Zarafat məqsədilə silahı başına dirəyib tətiyi çəkdi - VİDEO

Türkiyənin Samsun şəhərində mağazada zarafat etmək məqsədilə tapançanı başına dirəyib tətiyi çəkən gənc yaralanaraq xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı gəncin səhhətində ciddi problemin olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info