
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-dən 19-dək İranda rəsmi səfərdə olacaq.
Gununsesi.info xəbər verir ki, iyulun 19-da Tehranda Yüksək Səviyyəli Türkiyə-İran Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək, iclasda ikitərəfli münasibətlərin bütün istiqamətləri müzakirə olunacaq.
Səfər zamanı regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.
İyulun 19-da Ərdoğan Rusiya və İran prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli Sammitdə iştirak edəcək.
Türkiyə və Rusiya liderlərinin ikitərəfli görüşü də Tehranda baş tutacaq.
Gununsesi.info