İrəvanda Paşinyana qarşı mitinqlərin yeni DALĞASI

İyulun 29-dan İrəvanda baş nazir Nikol Paşinyanın əleyhidarları yeni mitinqlərə başlayacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Fakt” nəşri yazıb.

Bildirilir ki, mitinqləri yenə də “Müqavimət” hərəkatı təşkil edəcək.

Sentyabrdan isə etiraz aksiyalarının yeni dalğasının başlayacağı vurğulanılır.

Qeyd olunur ki, bir neçə müxalifət partiyası da “Müqavimət” hərəkatına qoşula bilər.

Etirazçılar baş nazir Nikol Paşinyanın ən qısa zamanda istefasına nail olmağa çalışdıqlarını dilə gətiriblər.

Gununsesi.info