
BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasını Suriyaya yardım etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı qərargahında keçirilən mətbuat konfransında baş katibin sözçünün müavini Fərhan Haq bildirib ki, Antonio Quterreş Təhlükəsizlik Şurasını Türkiyə üzərindən Suriyaya humanitar yardımın tranzit səlahiyyətinin uzadılmasına dair razılığa gəlməyə çağırıb.
“Biz Suriyaya yardımın ötürülməsi səlahiyyətinin uzadılması ilə bağlı Təhlükəsizlik Şurası üzvləri arasında davam edən müzakirələrin nəticəsini gözləyirik. Üzvlərin razılığı yüzlərlə insanın həyatını xilasetmə yardımının çatdırılması üçün çox vacibdir”, – deyə Farhan Haq bildirib.
Gununsesi.info