“Zara” geyim markasından komik üzrxahlıq mesajı – FOTO

İspaniyanın “Zara” geyim markası dünyanın hər yerindən reaksiyalara səbəb olan reklam şəkillərinə qarşı gülməli “üzrxahlıq mesajı” yayımlayıb.

Gununsesi.info bildirir ki, “Zara” geyim markasının yeni kolleksiyası ilə bağlı yayımladığı fotoşəkillərdəki dağıntılar və meyit modelləri sosial mediada Fələstinə istinad kimi şərh edilib.

Yeni reklam kampaniyası ilə 93 ölkədə 2200-dən çox mağazası olan hazır geyim firması “Zara”nın son kolleksiyası sosial mediada böyük hiddətə səbəb olub.

“Zara”nın dizaynerlərindən birinin daha əvvəl Fələstin əleyhinə islamofob şərhlər edən Vanessa Perilman olduğu da məlum olub.

“Zara” Instagram hesabında yayımladığı mesajında ​​reklamın iyul ayında hazırlandığını və sentyabrda çəkildiyini iddia edib.

Kampaniya fotolarından narahat olan müştərilərinə “Niyyətimiz bu deyildi” mesajını paylaşıb. “Zara bu anlaşılmazlığa görə təəssüflənir və hər kəsə dərin sayğımızı ifadə edirik”, – deyə qeyd edilib.

Gununsesi.info