Avropa İttifaqı Ermənistandakı mülki müşahidə missiyasının sayını artırır

Avropa İttifaqı (Aİ) Ermənistandakı mülki müşahidə missiyasının sayını 138 nəfərdən 209 nəfərə qədər artıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Armenpress” agentliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelə istinadən məlumat yayıb.

Avropa diplomatiyasının rəhbəri hesab edir ki, regionda sülhə nail olmaq üçün tarixi şans var.

O qeyd edib ki, Aİ həm Ermənistan, həm də Azərbaycanla işləyərək bu səyləri dəstəkləməyə davam etməkdə qərarlıdır.

Bundan əvvəl, 27 dekabr 2022-ci ildə Ermənistan Borrelə məktub göndərərək, Aİ-ni ölkəsində mülki missiya təyin etməyə dəvət edib. Aİ Şurası 23 yanvar 2023-cü ildə mülki nümayəndəliyin yaradılması barədə qərar qəbul edib. Fevralın 20-də Avropa İttifaqı Ermənistanda iki il müddətinə mülki missiyanın fəaliyyətə başladığını elan edib.

Gununsesi.info