
Azərbaycan Dövlət Universitetinin (UNEC) “Humanitar fənlər” kafedrasının professoru Zahid Məmmədov bəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə mərhumun həmkarları məlumat veriblər.
Zahid Məmmədov 1931-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.
1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil alıb.
1966-cı ildən İqtisad Universitetində çalışırdı.
2017-ci ilin mayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışıb.
Son vaxtlar “Humanitar fənlər” kafedrasının məsləhətçi-professoru idi.
2006-cı ildə ona Azərbaycan Respubilkasının “Əməkdar müəllim fəxri adı” verilib.
Allah rəhmət eləsin…