
Sünikdə – (Zəngəzur – red.) 1000-dən çox Azərbaycan hərbçiləri var. Aşağı dərə istiqamətində onların sayı daha çoxdur.
Gununsesi.info Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Zəngəzur (Sünik) vilayətinin keçmiş meri Vahe Hakobyan deyib.
Keçmiş mer bildirib ki, Azərbaycan hərbçiləri əvvəlki mövqelərindən nə irəli gedirlər, nə də geri çəkilirlər:
“Qaragölün ətrafında minə qədər Azərbaycan hərbçisi möhkəmlənmiş vəziyyətdədirlər. Hökumət Zəngəzura nəzarəti itirib. Heç bir tədbir görmür”.
Gununsesi.info