
“Birmənalı olaraq, dövlət sərhədini pozan şəxs məhv edilməlidir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, sərhəd hər bir dövlətin, millətin və ölkənin namusudur:
“Sərhədi kim pozursa, zərərləşdirilməlidir. Çünki bizim hüquq mühafizə oqanları onları həbs edir. Sonradan onlar öz ölkələrinə ekstradasiya olunur və təkrar cinayət törədirlər”.