Zəlzələnin harada olacağını öncədən bildirən cihaz icad edildi

  • By arzu
  • 17 Aprel 2023 17:51

Cib telefonları ilə ilk səsli danışığın 50-ci ilində cibimizdə gəzdirdiyimiz texnologiya dünyanın ən böyük zəlzələ qavrama sisteminin yaradılmasına köməkçi ola bilərmi?

Gununsesi.info xarici mətbuata istinadən bununla bağlı maraqlı yazını sizə təqdim edir.

HTML tutorial

 

25 oktyabr 2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Kaliforniya Bölgəsində 5.1 bal gücündə zəlzələ yaşandı. Bölgə çaında zəlzələni hiss edənlər ABŞ Geoloji Araşdırma Qurumu(USGS) bildiriş yağdırmışdı. Hansısa bir zərər olmamışdı. Ancaq zəlzələ bir başqa tərəfdən önəmli idi: Bölgədəki bir çox adamın cib telefonlarına zəlzələ başlamazdan öncə xəbərdarlıq gəlmişdi. Daha önəmlisi, bu telefonların bir çoxu zəlzələnin təsbit edilməsində yardımçı oldu.

Google zəlzələ sarsıntıları başlamazsan bir neçə saniyə öncə istifadəçilərə bildiriş göndərən erkən xəbərdarlıq sistemini inkişaf etdirmək üçün USGS və Kaliforniyadakı bəzi universitetlərdəki akademiklərlə birlikdə çalışır. Bir neçə saniyə qısa xəbərdarlıq pəncərəsi olsa da, zəlzələyə məruz qalanların bir masanın və ya əəşyanın altında saxlanması üçün yetərli ola bilər.

Bunun yanında qatarları yavaşlatmaq, təyyarələrin qalxışını və ya enişini dayandırmaq və avtomobillərin körpülərə və ya tunellərə girməsini əngəlləmək üçün yetərli zamanı təmin edə bilər. Belə bir sistemin bu üzdən, daha güclü zəlzələlərdə həyat qurtaracağı düşünülür.

“Shake Alert” sistemi iki qaynaqdan gələn bilgiləri işlədir. Sistem USGS Kaliforniya Texnologiya İnstitutu və Kaliforniya Berkeley Universiteti ilə bölgə idarəsinin əyalət çapında qurduğu 700 seysmometrdən (yer sarsıntılarını təsbit edən cihazlar) yaranan bir şəbəkəni işlədir.

Amerikanın Oreqon və Vaşinqton bölgələrindəki seysmometrlər də “Shake Alert” oalraq bilinən erkən xəbərdarlıq sistemini bəsləyir.
Ancaq Google adamların telefonlarından istifadə edərək dünyanın ən böyük zəlzələ tanıma şəbəkəsini yaratmaq istəyir.
Google Android işlətmə sistemi ilə çalışan ağıllı telefonların çoxusunda teledonun hərəkət etdiyini tanıyan-qavrayan sürətölçənlər var. Bunlar, bütövlükdə telefonun fırlanmasını tanıması və dikinədən yatış formasına keçməsini təmin etmək üçün işlədilir. Ayrıca, Google-nin telefonlarında qurulan “fitness” tətbiqindəki addım sayımı özəlliyində də bundan faydalanılır.
Ancaq bu sensorlar çaşdırıcı dərəcədə həssas odluqları üçün mini seysmometr kimi davranırlar.
“Google” cihazlarının bir zəlzələnin ilkin (P) dalğalarının titrəşmələrini alması durumunda işlədicilərin telefonlarının avtomatik olaraq Android Zəlzələ Xəbərdarlıq Sisteminə data bilgiləri geri göndərməsinə icazə verən bir funksiya tanıtdı.

Sistem minlərlə xətti milyonlarla başqa telefondan gələln data bilgiləri birləşdirərək bir zəlzələnin olub-olmayacağını və harada olduğunu hesablaya bilir.

Daha sonra seysmik dalğaların əlçatılması ehtimal görülən bölgədəki telefonlara xəbərdarlıq göndərərək erkən xəbər edir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info