Polşa və Macarıstan və Ukraynadan qida idxalını qadağan etdi – Avropa Birliyi bu qərarı “qəbuledilməz” adlandırdı

  • By arzu
  • 17 Aprel 2023 10:49

Polşa və Macarıstan Ukraynadan qida alışlarını qadağan edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkə yerli məhsullarını qorumaq üçün Ukraynadan taxıl və digər qida məhsullarının idxalatını dayandırıb.

HTML tutorial

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ukraynadan gələn taxıl kimi qida məhsullarının böyük bir qismi logistik çətinliklər üzündən digər ölkələrə çatdırılmadan Avropanın mərkəzində və şərqində yer alan ölkələrdə tıxanır, qalır.

Bu durum həmin ölkəlrdəki yerli istehsalçıların sıxıntı yaşamasına səbəb olur.

Ukraynadan gələn məhsulların çoxusu Avropa Birliyi ölkələri məhsullarından daha ucuzdur. Avropa Komissiyası yazılı açıqlamasında üzvlərin təktərəfli ticarətlə bağlı qərar almasını “qəbuledilməz” adlandırıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info