101 yaşlı universitet tələbəsi: Nəvəsi ilə birlikdə məzun olacaq

101 yaşlı universitet tələbəsi 12 uşağının birincisinə hamilə qaldıqdan sonra məktəbi yarımçıq qoyub. İndi 82 il sonra nəvəsi ilə məzun olmağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki,  “Brightpoint Community College”də bu ilin ilk semestrini 3.5 GPA ilə başa vuran Sarah Simpkins nəvəsi ilə məzun olacaq.

101 yaşlı universitet tələbəsi “Məktəbə qayıtdım. Bu, heç ağlımdan çıxmadı” deyərək, təcrübələrinin başqalarına da ilham verəcəyinə ümid etdiyini bildirib.

Simpkins 20 yaşında hamilə qalanda Cənubi Karolina ştatının Kolumbiya şəhərindəki Allen Universitetini tərk etməli olub. Evləndiyini və uşaqlarının qayğısına qaldığını deyən Simpkins həmişə diplomunu almaq istəyirdi. O, nəhayət, 96 yaşında Nyu-Yorkun Bruklin şəhərindən Virciniyaya köçərək məktəbə qayıtdı və indi Chesterdəki eyni icma kollecində oxuyan nəvəsi Halima Shepherd-Cravford ilə birlikdə yaşayır.

Gununsesi.info