
Gələn həftə Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onun mühafizəçisinə qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, məhkəmədə Yunis Səfərov son sözünü deyəcək.
Məlumata görə, artıq son sözünü yazan Yunis Səfərov əməlindən peşman olmadığını qeyd edib:
”Mən əməlimdən peşman deyiləm. Hansı qərarı verirsinizsə, verin. Xalq mənə çoxdan bəraət verib”.
Gununsesi.info