Yüksək vəzifəyə gətirilən 35 yaşlı Sərxan Hacıyev kimdir?

Bu gün Azərbaycan Futbol Assosasiyaları Federasiyasına (AFFA) yeni baş katib təyin edilib.

Gununsesi.info xəbər verir ki, gənc kadr Sərxan Hacıyev bu vəzifəyə gətirilib.

Qeyd edək ki, 1987-ci il təcəllüdlü S.Hacıyev yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Onu da qeyd edək ki, Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

2006 – 2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.

2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən bugünədək AFFA-da işləyir:

• 2009-2011 – Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi

• 2011-2012 – Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri

• 2012-ci ildən bugünədək baş katibin müavini

2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.

2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:

• 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi

• 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

• 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Sərxan Hacıyev UEFA-nın bayrağı altında keçirilən oyunlarda da UEFA nümayəndəsi statusunda dəfələrlə iştirak edib.

Gununsesi.info