“YouTube” İran Xarici İşlər Nazirliyinin hesabını blokladı

İran Xarici İşlər Nazirliyinin “YouTube” hesabı bloklanıb.

Buna səbəb nazirliyin “YouTube” hesabında ingilis dilində “Müqavimət – Fələstin üçün yeganə seçimdir” başlıqlı videonun yayımlanması olub.

Yayımdan bir neçə saniyə sonra İran XİN-in hesabı silinib. Bu postun “YouTube” qaydalarını pozduğu iddia edilib.

Mənbə: “Mehr” xəbər agentliyi